Şahin Seyidzadənin Qobustanda seçicilərlə növbəti görüşü - FOTO

Şahin Seyidzadənin Qobustanda seçicilərlə növbəti görüşü - FOTO

Hazırda oxunan: Şahin Seyidzadənin Qobustanda seçicilərlə növbəti görüşü - FOTO

208958

Xəbər verdiyimiz kimi sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizəd Şahin Seyidzadə Qobustan rayonunda seçicilərlə görüşlərə davam edir.  

Bizim.Media-nın məlumatına görə, Şahin Seyidzadənin növbəti görüşü rayonun ağsaqqalları və ziyalıları ilə baş tutub. 

Şəhid Fədail Nadirov adına istirahət parkında keçirilən həmin görüşdə deputatlığa namizəd sakinlərlə səmimi söhbət edib, seçki platforması barədə məlumat verib, ağsaqqalların xeyir duasını alıb. 


Daha sonra o, rayonun Cəngi kəndinin sakinləri ilə görüşüb. Ş.Seyidzadə onların fikir və təkliflərini dinləyib və seçiciləri maraqlandıran mövzular ətrafında müzakirələr aparıb. 

Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.  












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO