Soltan Məmmədov: “Qazilər bizim qəhrəmanlarımız, yeni nəsil üçün nümunədirlər”

Soltan Məmmədov: “Qazilər bizim qəhrəmanlarımız, yeni nəsil üçün nümunədirlər”

Hazırda oxunan: Soltan Məmmədov: “Qazilər bizim qəhrəmanlarımız, yeni nəsil üçün nümunədirlər”

208954

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsində bitərəf namizəd Soltan Məmmədov seçicilərlə görüşdən sonra qazilərlə söhbət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə deputalığa namizəd öz sosial şəbəkə hesabında paylaşım edib. 

S.Məmmədov görüşlə bağlı hisslərini belə şərh edib: 

“Dünən seçicilərlə görüşümüzün ardınca dəyərli qazi qardaşlarımla bir araya gəldim. Qazilər bizim qəhrəmanlarımız, yeni nəsil üçün nümunə ünvanımızdırlar. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə doğma yurdumuzu yenidən bizə qaytaran mətin ordumuz, şəhidlərimiz və qazilərimiz olub. Ona görə də hər zaman qeyd etdiyimiz kimi, biz belə cəsur övladları böyüdüb boya-başa çatdıran ata və analara borcluyuq!”. 


Deputatlığa namizəd Soltan Məmmədov seçki kampaniyası müddətində onu tək qoymadıqları üçün qazilərə təşəkkür edib. 

“Son 4 ilə yaxın müddətdə sıx ünsiyyətdə olduğum qazi qardaşlarım bu üç həftə ərzində, yəni seçki kampaniyası zamanı elə bir görüş olmayıb ki, məni tək qoysunlar, yanımda olmasınlar və ya tədbirlərdə iştirak etməsinlər. Bir daha təşəkkür edirəm. Var olun!”, - o, paylaşımında bildirib. 

Qeyd edək ki, Soltan Məmmədov 1996-1997-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Balaxanı Neft İdarəsində operator-nəzarətçi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində mühəndis, şöbə rəisi, 2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında inzibati köməkçi işləyib.  


2005-2015-ci illərdə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru, 2015-2019-cu illərdə QİÇS, Vərəm və Malyariya Xəstəlikləri ilə Mübarizə üzrə Qlobal Fondun Maliyyə komitəsinin sədri (ictimai əsaslarla), Direktorlar Şurasının üzvü (ictimai əsaslarla) olub.

2015-2020-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, müdiri, Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifələrində çalışıb.  

O, Milli Məclisin 14 saylı Xəzər seçki dairəsi üzrə VI çağırış deputatı olub. Texnika üzrə fəlsəfə doktorudur.

S.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO