Respublika ərazisində havanın hərarəti 39°-dək yüksələcək.
Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda hava əsasən yağmursuz keçəcək, gecə 21-26° isti, gündüz 31-36° isti proqnozlaşdırılır.
Axşam dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.
Respublikanın bölgələrində havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° təşkil edəcək.
Bizim.Media