Bu il dünyasını dəyişmiş JURNALİSTLƏR – ADLAR

Bu il dünyasını dəyişmiş JURNALİSTLƏR – ADLAR

Hazırda oxunan: Bu il dünyasını dəyişmiş JURNALİSTLƏR – ADLAR

208635

2024-cü ilin geridə qoyduğumuz 9 ayı xoş hadisələrlə yanaşı, həm də bəd xəbərlərlə yadda qaldı. Belə ki, bu il xeyli sayda tanınmış simalar, məşhurlar dünyasını dəyişdi. Onların sırasında jurnalistlər də var.  

Bizim.Media 2024-cü ilin geridə qoyduğumuz dönəmində dünyasını dəyişən jurnalistlərin adlarını təqdim edir:

Səbuhi Məmmədli 

Tanınmış jurnalist Səbuhi Məmmədli 17 yanvar 2024-cü ildə uzun sürən xəstəlikdən sonra 54 yaşında dünyasını dəyişib

Şamil Vəliyev 

Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist, filologiya elmləri doktoru Şamil Vəliyev yanvarın 18-də vəfat edib

Rəhman Orxan 

Əməkdar jurnalist Rəhman Orxan fevralın 2-də uzun sürən xəstəlikdən dünyasını dəyişib. 

Rafiq Məmmədli 

Jurnalist Rafiq Məmmədli uzun sürən xəstəlikdən sonra aprelin 11-də vəfat edib.

Vasif Səmədov

Əməkdar jurnalist Vasif Səmədov aprelin 29-da 74 yaşında vəfat edib

İdrak Camalbəyli

Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli martın 29-da ürəktutmasından həyatını itirib.

Sərxan Kamallı 

Jurnalist Sərxan Kamallı 41 yaşında insult keçirib və iyunun 17-də vəfat edib.

Dünyamalı Kərəm

Əməkdar jurnalist Dünyamalı Kərəm iyulun 24-də 104 yaşında ikən dünyasını dəyişib

Ədil Arifoğlu

Birinci və İkinci Qarabağ Müharibəsində hərbi jurnalist kimi iştirak etmiş Ədil Arifoğlu 56 yaşında 28 iyul tarixində qəfildən vəfat edib

İlham Abbasov 

Tanınmış jurnalist İlham Abbasov avqustun 7-də ürək çatışmazlığından dünyasını dəyişib.

Nair Əliyev 

Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyev 50 yaşında uzun sürən xəstəlikdən sonra 21 avqust tarixində dünyadan köçüb

Hüseyn Mahmudov 

Gənc jurnalist Hüseyn Mahmudov da uzun sürən xəstəlik səbəbilə ölən jurnalistlər sırasındadır. O, avqustun 24-də vəfat edib

Nəsiman Yaqublu 

Bakı Dövlət Universitetinin Jurrnalistika fakültəsinin professoru, Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu 62 yaşında avqustun 25-də yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO