Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni kadr təyinatı olub.
Moderator.az saytı xəbər verir ki, xa0Etibar Nəcəfov Administrasiyanın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib. Bu haqda məlumat Azərbaycan Prezidentinin rəsmi saytında yerləşdirlib.
Qeyd edək ki, E.Nəcəfov bu təyinatadək də Prezidentinin Administrasiyasında çalışırdı. O, Administrasiyada millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi vəzifəsini tuturdu.
Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Azərbaycan SSR-nin Gəncə şəhərində ziyalı ailəsində anadan olub.xa0
1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olunub. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə”x9d ixtisası üzrə qəbul olub.xa0
8 dekabr 1988-ci ildə “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası”x9d mövzusunda doktorluq dissertasiyası müdafiə edib.xa0
1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləyib. Bakı Slavyan Universitetində “Avropaşünaslıq”x9d kafedrasının professoru və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya”x9d kafedrasının müdiri vəzifəsində işləyib.xa0
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyində çalışıb.
70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir. ABŞ-ın bir sıra ştatlarında, Norveç, Rusiya, Türkiyə, İsveç, Macarıstan, Avstriya, Hollandiya, Qazaxstan, Gürcüstan və digər ölkələrdə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib.xa0
2002-2005- ci illərdə fasilələrlə Nyu-Yorkun Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində magistrlara dərs deyib. Tədris və tədqiqat sahəsinə aid ABŞ-ın və bir neçə Avropa ölkələrinin təsis etdiyi qrantlara layiq görülüb.


































































































