Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın birinci xanımı, vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Bizim.Media xəbər verir ki, bu münasibətlə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sosial şəbəkə hesabında paylaşım edilib. Təbrikin mətnində deyilir:
“Əziz və hörmətli Mehriban xanım!
Azərbaycan xalqı, nəinki Azərbaycanda, həmçinin onun hüdudlarından kənarda dövlətimizin mənafeyi, xalqımızın milli mənəvi dəyərləri uğrunda göstərdiyiniz xidmətlərinizi, fəaliyyətinizi yüksək dəyərləndirir.
Sizin rəhbərliyiniz altında Azərbaycanın zəngin milli, mədəni, tarixi irsi beynəlxalq səviyyədə tanınmiş və qiymətləndirilmişdir, bir çox qədim tarixi abidələrimiz YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir.
ATXƏM İB, Heydər Əliyev Fondunun "Xocalıya ədalət" təşəbbüsü ilə paralel olaraq, uzun illər Avropanın bir çox siyasi mərkəzlərində tədbirlər keçirmiş, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun beynəlxalq aləmdə yayılması və bu dəhşətli qətliama obyektiv qiymət verilməsi istiqamətində işlər görmüşdür.
Sizə Azərbaycanın ümummilli dəyərlərinə göstərdiyiniz yüksək qayğı və diqqətinizə görə minnətdarlığımızı bildiririk.
Sizi əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, can sağlığı, xoşbəxtlik, Azərbaycanın daimi inkişafı yolunda fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 26.08.2024
ATXƏM-dən Mehriban Əliyevaya TƏBRİK
Hazırda oxunan: ATXƏM-dən Mehriban Əliyevaya TƏBRİK
Hazırda oxunan: ATXƏM-dən Mehriban Əliyevaya TƏBRİK
208581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.