Söyüş söymək ağrını azaldır – Ekspertdən maraqlı AÇIQLAMALAR

Söyüş söymək ağrını azaldır – Ekspertdən maraqlı AÇIQLAMALAR

Hazırda oxunan: Söyüş söymək ağrını azaldır – Ekspertdən maraqlı AÇIQLAMALAR

20848

Bəzi psixoloqların fikrincə insanlar qeyri etik ifadələr işlətdikləri zaman bir növ rahatlanırlar. Tıxacda qalanda, üstümüzə qəhvə dağılanda, ümumiyyətlə, başımıza bu cür xoşagəlməz hallar gələndə ilk olaraq söyüşə əl atırıq. Bəzən bizə elə gəlir ki, bu bizim gərginliyimizi aradan qaldırıb bizi sakitləşdirir.

Qeyri – etik sözlər bütün dillərdə və millətlər hətta heyvanlar arasında da var.

Bəs, niyə insanlar söyüş söyür?

Psixoloqlar söyüşün dəqiq hansı səbəblə baş verdiyini izah etməkdə acizdirlər. Onların fikrincə, bu müxtəlif səbəblərdən baş verə bilər. Hər dildə və mədəniyyətdə söyüşlər fərdidir. Müxtəlif cəmiyyətdə insan hansı üsulla daha çox təhqir olunursa, qeyri etik ifadələr də o sözlərin üzərində qurulur.
 

MÖVZU İLƏ BAĞLI:

Baş ağrısını kəsmək üçün möcüzəvi üsul: “Karandaşı dişlərinizin arasında yüngül sıxın”


Bi-Bi-Si radiosunun dinləyicilərindən biri qeyd edir:

“Çətin vəziyyət düşdükdə söyüş söymək bir refleksdir. Mən sevincdən, təəccübdən və təəssüf hissləri ilə bağlı söyüş söyə bilərəm. Bu yəqin ki, hisslərini olduğu kimi biruzə verməyin əsas yollarından biridir”.

“Söyüş söymək xeyirlidir” kitabının müəllifi Emmi Birn bildirir ki, bəzən insult keçirmiş insanın beyninin sol yarımkürəsinin fəaliyyəti zədələnir və o, danışmaqda çətinlk çəkir, ancaq bu insanlar söyüş söyməyi unutmurlar”.

Buradan da anlamaq olur ki, insanların  bəzi sözlərlə emosional bağı çox möhkəm olduğu üçün, bu ifadələri beyninin yarısını itirdikdə belə unutmur.

Qeyri – etik ifadələri başqa sözlərlə əvəz etmək mümkündürmü?

Bununla əlaqədar “Kilsk” universitetinin labarotoriyasında balaca bir eksperiment keçirilib. İnsanları iki qrupa bölən mütəxəssislər vedrədə buzlu su qoyublar. Birinci qrup insanlara əllərini bu suya saldıqda ağrıdan istədikləri söyüşləri işlətməyi tapşırıblar.

İkinci qrupda olanlara isə əllərini buzlu suya saldıqda söyüşlərin yerinə daha etik, sözlər işlətmək tələb edilib. Sonda mütəxəssislər belə qənaətə gəliblər ki, söyüş söyənlər ağrılara daha dözümlü olublar və əllərini soyuq suda daha çox saxlaya biliblər.
 

İnsanlar söyüş söyəndə ürək döyüntüləri sürətlənir. Bu da əsasən emosiyalardan asılıdır. Söyüşlərdən istifadə edən şəxs orqanizmdə stres səviyyəsini süni şəkildə artırırlar. Bu da insanda ağrılara daha da dözümlülük yaradır.


Təcrübədə iştirak edənlərdən biri deyir:

“Mən adətən söyüş söyən biri deyiləm. Lkain bir dəfə dağa dırmananda başıma xoşagəlməz hadisə gəldi. Sol çiynim sındı. Xilasedicilər məni arabaya qoyub dağın yuxarısından sürüyərək aşağı saldılar. Bu zaman hər hərəkətdə bədənimdə ağrılar hiss etdikcə söyüş söyməyə başladım. İnandırım sizi, ağrı azalırdı”, - deyə o, vurğulayıb. 

Bu insana psixoloji cəhətdən rahatlıq gətirir. Bəzən aşırı söyüş söymək, danışıq leksikonunda mütəmadi olaraq qeyri-etik ifadələr işlətmək psixoloji travmalardan da qaynaqlana bilir.

Baxmayaraq ki, müxtəlif dillərdə müxtəlif cür  qeyri-etik ifadələr işlənir ancaq demək olar ki, mənaları dəyişməz olaraq qalır.

Unutmayın ki, söyüşlər, qeyri-etik ifadələr qadağalar zamanı meydana çıxır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO