Qusarın icra başçısının müavini İSTEFA VERDİ - ÖZƏL

Qusarın icra başçısının müavini İSTEFA VERDİ - ÖZƏL

Hazırda oxunan: Qusarın icra başçısının müavini İSTEFA VERDİ - ÖZƏL

208445

Qusar rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu günvəzifəsindən ayrılıb.  

Bu barədə Bizim.Media-ya Zoya Eldarova məlumat verib.

O, öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib. 

Məlumata görə, Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib. 

Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusarın icra başçısı təyin olunub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO