
- A-
- A
- A+
Dünya
23:09 / 25.08.2024
“Hizbullah” lideri: “Bir neçə PUA İsraildəki hədəfləri vurub”
Hazırda oxunan: “Hizbullah” lideri: “Bir neçə PUA İsraildəki hədəfləri vurub”
208373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Livanın “Hizbullah” hərəkatının buraxdığı bir neçə pilotsuz uçuş aparatı İsraildəki hədəfləri vurub.
Bizim.Media xəbər verir ki, bu bəyanatla hərəkatın lideri Həsən Nəsrullah çıxış edib.
“Əməliyyatımız iki mərhələdən ibarət idi: birincidə eyni vaxtda 300-ə yaxın raket atdıq, ikincisində isə pilotsuz uçuş aparatları buraxdıq. Nəticədə biz İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini yayındıra bildik və əldə etdiyimiz məlumata görə, bir neçə PUA hədəflərinə çatıb”, - deyə Nəsrullah bildirib.
O, əlavə edib ki, “Hizbullah” avqustun 25-də öz mülahizələrinə əsaslanaraq, digər müttəfiqlərindən ayrı hərəkət etmək qərarına gəlib və bunun səbəbi daha sonra açıqlanacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































