Azərbaycan Cümhuriyyətinin pul əskinasları üzərindəki rəmzi işarələr və sözlər

Azərbaycan Cümhuriyyətinin pul əskinasları üzərindəki rəmzi işarələr və sözlər

Hazırda oxunan: Azərbaycan Cümhuriyyətinin pul əskinasları üzərindəki rəmzi işarələr və sözlər

208397
Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi və 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti”x9d ili elan olunması müasibətilə silsilə yazılarını davam etdirir.

Bu dəfə dövlətin əsas göstərici və atributarından biri olan pul vahidlərindən danışacağıq. Azərbaycan Cümhuriyyətinin pul nişanlarından danışmaq həm də ona görə vacibdir ki, burada həm dövlətin adı doğru göstərilib-Azərbaycan Cümhuriyyəti-həm də, pul əskinazlarının üzərində olan nişanlar böyük əhəmiyyət kəsb edir:

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.Azərbaycanda dövlətçiliyin təşəkkül tapması iqtisadiyyatın da tamamilə yenidən qurulmasını tələb edirdi və bu istiqamətdə təxirəsalınmaz işlər görüldü. Bunlardan biri də pul tədavülü idi.xa0

Belə ki, ADR suveren dövlətin digər imtiyazları ilə yanaşı ,mühüm hakimiyyət rəmzi olan kağız pul nişanlarının buraxılmasını da həyata keçirdi. Bu Rusiya imperiyası tərəfindən XIX əsrin I rübündə Şimali Azərbaycanın işğalı ilə yarıda kəsilmiş Azərbaycan milli dövlətçiliyinin və ölkənin pul təsərrüfatının bərpa edilməsi demək idi.

Azərbaycan Mərkəzi Bankına istinadən bildirilir ki, müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin ”“ Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyasının tarixi 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində «Ðx90зербайджанÑx81каÑx8f Ðxa0еÑx81публика» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.
1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta ”“ manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi. Beləliklə AXC dövründə 5 nominal üzrə əskinaz tədavülə buraxıldı.Göstərilmiş pul vahidləri ilə yanaşı 1 manatlıq da nümunə kimi hazırlanmışdı. Lakin inflyasiya səbəbindən onu çap edib dövriyyəyə buraxmaq sərf etmədi.Eyni zamanda qeyd etməlıyık ki, həmin nümunə əskinasların bir neçəsı bu günə qədər bəzi kolleksionerlər tərəfindən qorunub saxlanılıb.

ADR dövründə qeyd olunan pul vahidləriylə yanaşı qısa müddət ərzində qiymətli kağızların (istiqrazlar) buraxılması da həyata keçirildi.ADR hökuməti istiqraz biletlərini tədavülə buraxmaqla paytaxtın şəhər təsərrüfatının maliyyə problemlərini əhəmiyyətli dərəcədə həll etmış oldu. Bu istiqamətdə görülmüş bütün tədbirlər dövlət quruculuğunun mühüm tərkib hissələrindən biri idi.xa0

Qeyd: Moderator.az bu yazıya görə BDU-nun jurnalistika fakültəsinin müəllimi Əli Hacıyevə təşəkkür edir:

Hazırladı: Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO