Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu bu gün axşam saatlarında yol qəzasında vəfat edib.
Bizim.Media xəbər verir ki, Mətbuat Şurası professor Nəsiman Yaqublunun vəfatı ilə bağlı nekroloq yayıb.
Bildirilib ki, N.Yaqublu Azərbaycanda jurnalistikanın elmləşməsinə layiqli töhfələr verib. Alimin yaradıcılığında mətbuatımızın ictimai fikrin formalaşmasındakı müstəsna rolu vurğulanıb. Bütün bunların əksini tapdığı çoxsaylı kitablar və məqalələr ona nəinki elm ictimaiyyətində, bütövlükdə cəmiyyətdə rəğbət yaradıb.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, dəyərli pedaqoq Nəsiman Yaqublunun vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Müstəqillik illərində ölkəmizdə peşəkar jurnalist nəslinin yetişməsində xidmətlərə malik N.Yaqublunun yoxluğu onu tanıyan hər kəs üçün böyük itki və üzüntüdür. MŞ İdarə Heyətinin üzvləri bu üzüntü və kədəri bölüşür, mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına səbr diləyir.
Allah rəhmət eləsin!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:01 / 25.08.2024
Mətbuat Şurası Nəsiman Yaqublunun vəfatı ilə bağlı başsağlığı verdi
Hazırda oxunan: Mətbuat Şurası Nəsiman Yaqublunun vəfatı ilə bağlı başsağlığı verdi
Hazırda oxunan: Mətbuat Şurası Nəsiman Yaqublunun vəfatı ilə bağlı başsağlığı verdi
208365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.