FAKTİKİ HAVA: Bakıda külək güclənib

FAKTİKİ HAVA: Bakıda külək güclənib

Hazırda oxunan: FAKTİKİ HAVA: Bakıda külək güclənib

208317

Avqustun 25-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.

Göygöldə duman müşahidə olunub.

Öncədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO