Bakıda hələ də bəzi ünvanlarda insanlar içməli su sarıdan əziyyət çəkirlər.
Bizim.Media xəbər verir ki, Nəsimi rayonu, Moskva prospekti 66 ünvanının sakinləri iddia edirlər ki, burada olan köhnə yaşayış binalarına su hələ də tam verilmir.
Sakinlər deyir ki, su ən yaxşı halda gün ərzində bir dəfə olmaqla cəmir 1 saatlıq verilir ki, bu da təzyiqin zəifliyi səbəbindən birinci mərtəbədən yuxarı çıxmır.
Onlar su ehtiyaclarını həyətlərdə olan sudan, digər qonşulardan ödəməyə çalışırlar.
İllər əvvəl ehtiyyat su çənlərinin kütləvi şəkildə binalardan yığışdırılması onları çətin durumda qoyub. Çünkü əvvəllər belə olan zaman onlar ehtiyyat çənlərdə toplanan sudan istifadə edirdilər. Sakinlərin istəyi suyun fasiləsiz verilməsinin təmin edilməsidir.
İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin Mətbuat Xidmətindən bildirildi ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza tama aradan qaldırılıb.
Orada aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi başa çatdırılıb. Bu gün səhər saatlarından şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib. Hazırda anbarların doduruıması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır. Su ərazilərə mərhələli şəkildə çatmaqdadır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:44 / 24.08.2024
Bakıda hələ də bəzi ünvanlarda insanlar içməli su sarıdan əziyyət çəkirlər - VİDEO
Hazırda oxunan: Bakıda hələ də bəzi ünvanlarda insanlar içməli su sarıdan əziyyət çəkirlər - VİDEO
Hazırda oxunan: Bakıda hələ də bəzi ünvanlarda insanlar içməli su sarıdan əziyyət çəkirlər - VİDEO
208245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.