Kürdəmirdə “Mercedes” AŞDI - Ölən və yaralanan var - FOTO

Kürdəmirdə “Mercedes” AŞDI - Ölən və yaralanan var - FOTO

Hazırda oxunan: Kürdəmirdə “Mercedes” AŞDI - Ölən və yaralanan var - FOTO

208243

Kürdəmirdə bir nəfərin ölümü və birinin xəsarətilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim Media-nın Aran bürosu xəbər verir ki ,hadisə rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü 2003-cü il təvəllüdlü Mustafayev Nicat Mustafa oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobildə olan sərnişin Kürdəmir rayon sakini 2002-ci il təvəllüdlü Pənahov Orxan Vüsal oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Ağır bədən xəsarətləri alan sürücü isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər sürücünün vəziyyətinin ağır olduğunu bildirirlər.

Hazırda faktla bağlı araşdırma aparılır.




Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO