Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA

Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA

Hazırda oxunan: Övladları ali məktəblərə qəbul olmuş tanınmış simalar – ARAŞDIRMA

208051

Xəbər verdiyimiz kimi, 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələri açıqlanıb. 

Tələbə adını qazananlar sırasında məşhurların da övladları var.

Bizim.Media sözügedən siyahını təqdim edir:

Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevin qızı Bakı Dövlət Universitetində ali təhsil alacaq.


Xalq artisti Sənubər İsgəndərlinin nəvəsi Nəzrin tələbə adını qazanıb.


Tanınmış aparıcı Zaur Kamalın oğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub.


Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqü Hüseynov və aktrisa Şəbnəm Hüseynovanın oğlu Ülvi Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə qəbul olub.


Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Şıxəliyevin oğlu Cavidan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi adını qazanıb.


Şair Zahir Abbasın oğlu isə Azərbaycan Kooperasiya Universitetinə daxil olub. Abbaszadə Həsən Zahir oğlu İqtisadiyyat fakültəsi, marketinq ixtisası üzrə təhsil alacaq.



Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO