Ali məktəblərə qeydiyyata bu tarixdə START VERİLƏCƏK

Ali məktəblərə qeydiyyata bu tarixdə START VERİLƏCƏK

Hazırda oxunan: Ali məktəblərə qeydiyyata bu tarixdə START VERİLƏCƏK

208041

28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.  

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, abituriyentlər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. 

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq. 

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO