Alban-udi dini icmasının nümayəndələri Laçına getdi

Alban-udi dini icmasının nümayəndələri Laçına getdi

Hazırda oxunan: Alban-udi dini icmasının nümayəndələri Laçına getdi

20804

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin növbəti dəfə Laçın rayonuna səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər.

Səfər çərçivəsində icma nümayəndələri rayon ərazisindəki qədim alban məbədi olan “Ağoğlan” monastırını ziyarət edəcəklər.

Bu, qədim Alban kiləsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarətidir. Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun maliyyə dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, "Ağoğlan" məbədi erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir. V-VI əsrlərə aid bazilika Ağoğlan çayının sahilində yerləşir.

Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb.

İşğal dövründə ermənilər tərəfindən abidə saxtakarlığa məruz qalıb. Ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşu və interyerinə qeyri-qanuni olaraq dəyişiklik ediblər. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO