Tələbə adını qazanan şəhid övladları - SİYAHI

Tələbə adını qazanan şəhid övladları - SİYAHI

Hazırda oxunan: Tələbə adını qazanan şəhid övladları - SİYAHI

208008

Bu il tələbə adı qazananlar arasında şəhid övladları da var. 

Bizim.Media xəbər verir ki, bu barədə “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. 

İctimai Birlik  ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladlarının siyahısını açıqlayıb.  

Həmin siyahını təqdim edirik: 

- Şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov - “Purdue” Universiteti (ABŞ); 

- Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun oğlu Əlibəy Abdurahmanov - “Charles” Universiteti (Çexiya); 

- Şəhid baş gizir Ramil Yusifovun oğlu Ramiz Yusifov - “Bayburt” Universiteti (Türkiyə); 

- Şəhid baş gizir Ramil Yusifovun oğlu Cəmal Yusifov - “Bayburt” Universiteti (Türkiyə); 

- Şəhid mayor Tofiq Kərimovun oğlu Fərid Kərimov - “Ankara Yıldırım Beyazıt” Universiteti (Türkiyə); 

- Şəhid mayor Rasim Məmmədovun oğlu Asim Məmmədov - “Fenerbahçe” Universiteti (Türkiyə); 

- Şəhid polkovnik Vüqar Yusifovun qızı Ayan Yusifzadə - Tibb Universiteti (Müalicə işi); 

- Şəhid polkovnik-leytenant Soltan Məmmədovun qızı Ləman Məmmədova - Xəzər Universiteti (Filologiya); 

- Şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı Aysu Elzamin - Tibb Universiteti (Müalicə işi); 

- Şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı Nərgiz Cəfərova - Xəzər Universiteti (Biznesin idarə edilməsi); 

- Şəhid polkovnik-leytenant Həmdəm Ağayevin qızı Aysu Ağazadə - Azərbaycan Kooperasiya Universiteti (Marketinq); 

- Şəhid mayor Rüfət Əsgərovun oğlu Xansuvar Əsgərli - Azərbaycan Memarlıq və İnşaat Universiteti (Marketinq); 

- Şəhid mayor Fəqan Xudaverdiyevin oğlu Elcan Xudaverdiyev - Bakı Dövlət Universiteti (Ekologiya); 

- Şəhid mayor Ramil Ağayevin qızı Aysun Ağazadə - Azərbaycan Dövlət İqtisad Universiteti (Qida mühəndisliyi); 

- Şəhid mayor Elnur Əliyevin oğlu Elvin Əlizadə - Turizm və Menecment Universiteti (Beynəlxalq münasibətlər); 

- Şəhid baş leytenant Mətləb Cəfərovun oğlu Sübhan Cəfərli - ADA Universiteti (Elektronika mühəndisliyi); 

- Şəhid baş leytenant Rüstəm Rüstəmovun qızı Fatimə Rüstəmova - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Qida mühəndisliyi); 

- Şəhid gizir Cəlal Ağayevin qızı Nazənin Ağayeva - Odlar Yurdu Universiteti (Filologiya); 

- Şəhid çavuş İmran Məmmədlinin oğlu Vüsal Məmmədli - Azərbaycan Dövlət İqtisad Universiteti (Dövlət və bələdiyyə idarəetməsi); 

- Şəhid leytenant Vüsal Məhərrəmovun oğlu Nicat Məhərrəmov - Azərbaycan Dillər Universiteti (Regionşünaslıq – Qafqaz üzrə); 

- Mülki şəhid Həsən Məmmədovun qızı Pərizad Məmmədova - Xəzər Universiteti (Kimya və biologiya müəllimliyi); 

- Şəhid gizir Emil Əhmədovun oğlu Tofiq Əhmədov - Azərbaycan Texniki Universiteti (Elektrik və elektronika mühəndisliyi); 

- Şəhid gizir Mayis Səmədovun qızı Məleykə Səmədova - Bakı Dövlət Universiteti (Dövlət və ictimai münasibətlər); 

- Şəhid gizir Hüseyn Qasımovun oğlu Ağa Qasımov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (Sərbəst güləş üzrə məşqçi); 

- Şəhid kiçik çavuş Bəhruz İbrahimovun oğlu Fariz İbrahimov - Qərbi Kaspi Universiteti (Politologiya). 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO