Qarabağ Universitetində ixtisasların keçid balları BİLİNDİ

Qarabağ Universitetində ixtisasların keçid balları BİLİNDİ

Hazırda oxunan: Qarabağ Universitetində ixtisasların keçid balları BİLİNDİ

207986

Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609 olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin dərc etdiyi “Abituriyent” jurnalının 6-cı nömrəsində qeyd edilib. 
 

Məlumata görə, Qarabağ Universitetində dövlət sifarişli yerlər olmaqla Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Beynəlxalq münasibətlər, Hüquqşünaslıq ixtisasları üzrə 60, Tarix üzrə 30 yer ayrılıb. Ayrılan bütün plan yerləri yüz faiz dolub. 


Keçid ballarına gəldikdə isə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 509, İbtidai sinif müəllimliyi 439, Xarici dil müəllimliyi (ingilis dili) 538, Beynəlxalq münasibətlər 408, Hüquqşünaslıq 609, Tarix üzrə 520 bal olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO