Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Şirvan Şəhər İcra Hakimiyyətinin binası yaxınlığında qeydə alınıb.
Belə ki, 1939-cu il təvəllüdlü Ələkbərov Sabir Zeynalabdin oğlu yolu keçərkən avtomobil onu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:49 / 22.08.2024
Şirvanda avtomobil piyadanı vuraraq öldürüb
Hazırda oxunan: Şirvanda avtomobil piyadanı vuraraq öldürüb
Hazırda oxunan: Şirvanda avtomobil piyadanı vuraraq öldürüb
207926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.