“Vikipediya”nın türk dili bölməsində “Zəngəzur mahalı” bölməsi istifadəyə verildi - FOTO

“Vikipediya”nın türk dili bölməsində “Zəngəzur mahalı” bölməsi istifadəyə verildi - FOTO

Hazırda oxunan: “Vikipediya”nın türk dili bölməsində “Zəngəzur mahalı” bölməsi istifadəyə verildi - FOTO

207906

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Vikipediya” beynəlxalq elektron ensiklopediyasında XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında türk dilində bölmə redaktə olunaraq istifadəyə verilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bölmədə Azərbaycanın tarixi ərazisi olan Zəngəzur mahalı ilə bağlı geniş ensiklopedik məlumatlar öz əksini tapıb.

Yeni yaradılmış bölmədə qeyd olunur ki, Zəngəzur indiki Ermənistan və Azərbaycanın bir hissəsini əhatə edən tarixi bölgədir. Zəngəzur silsiləsinin bir hissəsini, Kiçik Qafqazın ən uzun dağ silsiləsini əhatə edən tarixi Zəngəzur mahalının şərq hissəsi - Şərqi Zəngəzur, indiki Ermənistan dövlətinin ərazisində qalan hissəsi isə Qərbi Zəngəzur adlanır.
 

Tarix bölməsində isə Zəngəzurun qədim Azərbaycan dövlətlərinin tərkibində bir bölgə olmasından, 1813-cü ildə “Gülüstan”, 1828-ci ildə isə “Türkmənçay” müqavilələrinə əsasən Rusiya imperiyasının nəzarətinə keçməsindən bəhs edilir.


Yazıda 1988-ci ildə zəngəzurluların Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən), eləcə də Göyçə, Dərələyəz və İrəvan mahalı sakinlərinin də öz ata-baba yurdlarından qovulduğu və terrora məruz qaldığı, habelə tarixi abidələrimizin ermənilər tərəfindən dağıdıldığı vurğulanır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik.

Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır” sitatı da yer alıb.

Bundan başqa, sözügedən bölmədə 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən və azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən də bəhs olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO