Bakıda qəfil yola çıxan piyadanın dəhşətli ölümü - ANBAAN VİDEO

Bakıda qəfil yola çıxan piyadanın dəhşətli ölümü - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda qəfil yola çıxan piyadanın dəhşətli ölümü - ANBAAN VİDEO

207893

Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

 

Məlumata görə, hadisə 18 iyul 2022-ci ildə qeydə alınıb.

 

Belə ki, İsmayıl Cəfərovun idarə etdiyi avtomobilin qarşısına yolu keçmək istəyən piyada çıxıb. Bu zaman piyada hərəkətdə olan avtomobilə dəyərək yerə çırpılıb.

 

Hadisədən sonra sürücü piyadanı xəstəxanaya aparsa da həyatını xilas edə bilməyib.

 

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçən prosesdə İsmayıl Cəfərova 5 il həbs istənilib.

 

Qeyd edək ki, İsmayıl Cəfərov hərbçidir və qardaşı Oruc Cəfərov Vətən Müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO