Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.
MÖVZU İLƏ BAĞLI:
Şəki və Qaxın su problemini həll edəcək Əyriçay su anbarında işlər nə yerdədir? – REPORTAJ/FOTO
Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.
Bizim.Media