AZAL: Naxçıvan aeroportunda ciddi sərnişin sıxlığı müşahidə edilir

AZAL: Naxçıvan aeroportunda ciddi sərnişin sıxlığı müşahidə edilir

Hazırda oxunan: AZAL: Naxçıvan aeroportunda ciddi sərnişin sıxlığı müşahidə edilir

207557

Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə edilir. 

Bu barədə Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib. 

Bildirilib ki, bu səbəbdən milli aviadaşıyıcı yay mövsümündə intensiv uçuş cədvəlinə baxmayaraq, sərnişinlərin Naxçıvandan Bakıya daşınması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Mövcud vəziyyətin həlli məqsədilə Naxçıvana əlavə təyyarələr göndəriləcək ki, bu da sərnişinlərin Bakıya çatdırılmanı sürətləndirməyə imkan verəcək. 

Bu gün bu marşrut üzrə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət 12 reys həyata keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO