Sələmçilik qanuniləşir? – Mühüm AÇIQLAMA

Sələmçilik qanuniləşir? – Mühüm AÇIQLAMA

Hazırda oxunan: Sələmçilik qanuniləşir? – Mühüm AÇIQLAMA

207528

Banklardan başqa insanlara faizlə pul verənlərə sələmçi deyirlər. Sələmçiliklə məşğul olan şəxslər pula ehtiyacı olanlara vəsaiti yüksək faizlə təqdim edir. Ölkədə qanunla bu fəaliyyətə icazə verilmədiyi üçün onlar istədikləri faizlə verdikləri pulu qanuniləşdirmir, qazanca görə dövlətə vergi vermirlər. Bu işlər sənədsiz-sübutsuz olduğu üçün də çox vaxt tərəflər arasında münaqişə yaranır.

Sələmçilərə ehtiyac yaradan səbəblər nədir?
 

MÖVZU İLƏ BAĞLI:

İslam ölkələri içərisində ən yüksək sələm faizi BU ÖLKƏYƏ aiddir


Sələmçilərə daha çox rəsmi iş yeri olmayan şəxslər müraciət edirlər. Banklarda rəsmi iş yerindən arayış və digər rəsmi sənədlər tələb olunduğu halda sələmçi bunları tələb etmir. Bəziləri əvəzində qanunsuz olsa belə borc alanın şəxsiyyət vəsiqəsini və bu kimi digər lazımi sənədlərini, bəzən də qiymətli əşyalarını girov saxlayır.

Sələmçilikdən həm borc götürən, həm borc verən yararlanırsa və uzun illərdir bu davam edirsə, şərtlər müəyyən etməklə sələmçiliyi qanuniləşdirməyə nə mane olur?

Mövzu barədə danışan iqtisadçı ekspert Xalid Kərimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu fəaliyyət növü qanunla qadağan edilib:

“Sələmçiliyə qanunla icazə verilmir. Yəni təmsilçi hökumət, parlament bunu düzgün hesab eləmir. Yəni fiziki şəxs fiziki şəxsə faizlə pul verə bilməz, bu, birbaşa qanunsuz sahibkarlıqdır. Qazanc da qanunsuz hesab edilir. Vətəndaşa pul lazımdırsa, gedib bankdan götürə bilər. Mağazalar müəyyən şərtlərlə, hissəli ödənişlərlə öz məhsullarını kreditə verirlər. İnsanlar bu cür qanuni yollardan istifadə etməlidirlər. Çünki sələmçilik adam öldürmək kimi qanunsuz, qanunun icazə vermədiyi hərəkətdir. 

Tövsiyə edirəm ki, vətəndaşlar sələmçilərdən borc götürməsinlər və sələmçiliklə məşğul olanlar da bilməlidirlər ki, məşğul olduqları fəaliyyət növü qanunsuzdur. Qazanc da etibarsızdır və məsuliyyət müəyyənləşdirilərsə, birmənalıdır”.

Ekspert sələmçi ilə vətəndaş arasında rəsmi olmasa belə hansısa müqavilə bağlanması məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, qanunsuz işlə məşğul olan kəs bunu hansısa formada qeyd etməkdən çəkinər:

“Hansısa sənədin olması da heç nəyi sübut etmir. Əməliyyat, fəaliyyət qanunsuz olduğuna görə, sənədin bağlanması heç nəyi sübut eləmir. Şəxslər qanunsuz fəaliyyət göstərdiklərinə görə, fəaliyyətləri barədə hər hansı qeyd etməyəcəklər”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO