6 evdən oğurluq edən Füzuli sakini üzərində narkotiklə yaxalandı - FOTO

6 evdən oğurluq edən Füzuli sakini üzərində narkotiklə yaxalandı - FOTO

Hazırda oxunan: 6 evdən oğurluq edən Füzuli sakini üzərində narkotiklə yaxalandı - FOTO

207518

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki evlərdən silsilə oğurluqlar edən Ramil Əliyev saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, onun 6 evdən oğurluq etdiyi müəyyən olunub. 

Digər əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Vasif Əliyevdən isə 1 kiloqram marixuana və 1 ədəd tapança aşkarlanıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO