Gədəbəydə mübahisə zəminində 29 yaşlı gəncə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü X. Piroğlanova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Mingəçevir şəhər sakini Oruc Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu