Bir ildən çoxdur ki, Suraxanı rayonu Əmircan qəsəbəsində su saatla verilir. Qəsəbə sakinləri deyir ki, hər gün səhər 6-dan verilməyə başlayan su günorta 3-də kəsilir.
Bu isə işləyən camaat üçün əlverişsizdir. Çünki axşam işdən gələnlər su üzünə həsrət qalırlar. Sakinlər məcbur olub su çənləri doldurmalı olurlar.
Əmircan qəsəbəsinə suyun tam verilməsi nə zamana planlaşdırılır?
MÖVZU İLƏ BAĞLI:
Şəki və Qaxın su problemini həll edəcək Əyriçay su anbarında işlər nə yerdədir? – REPORTAJ/FOTO
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bununla bağlı işlər görülür.
“Suraxanı rayonu Əmircan qəsəbəsi üzrə su təchizatı tənzimlənən qrafikli rejimlə həyata keçirilir. O cümlədən, bir çox yaşayış məntəqələrində su təchizatının yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər nəzərdə tutulmuşdur ki, bunlar da İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin planına uyğun olaraq mərhələlərlə aparılır”.
Nuray, Bizim.Media