İnanıram ki, çox uzağa getməyib elə 14 ay bundan əvvələ nəzər salsaq çoxumuz “Biz necə də xoşbəxt idik” kəlməsini beynimizdən mütləq keçirərik. Onda hələ koronavirus faciəsindən xəbərsiz adi həyatımıza, öyrəşdiyimiz gündəlik yaşam ritualımıza davam edirdik. Lakin dünyanın birdən, anidən pandemiya ayarlarına keçidi insanları alışdıqları düzəndən alıb, dərin, çətin bir sosial, psixoloji duruma saldı.
Bəs, bu 14 ayda pandemiya bizi nələrdən məhrum etdi?
Bu suala cavab tapmaq həm asandır, həm də çətin. Pandemiyanın bizə “hədiyyə” etdiyi fiziki məhdudiyyətləri dayanmadan bir nəfəsə sadalaya bilərik. Lakin məsələnin çətin tərəfi bizim mənəvi qadağalarımız oldu.
Onalrın arasında Bakının özünə məxsus festivalları, bayramları da var...
Hər il may ayının 10-da qeyd olunan, artıq 2 ildir pandemiya səbəbilə keçirilməyən “Gül bayramı” da bu gün mənəvi çatışmazlıq yaşadır.
Hər il 10 mayda Bakı bir gəlin kimi bəzənir, tamaşaçısının görüşünə tələsirdi. İndi o günlər bizə əlçatmaz bir varlıq, hadisə kimi yaxın gələcək arxivlərimizə sıxılaraq qalıb.
İndi hər il gözümüzü oxşayan, dünyanın hər bir nöqtəsindən gətirilən, təbiətin ən estetik yaranışları olan güllərə, çiçəklərə olan özləmimiz isə daha böyükdür.
Hər il xiyabanları, parkları güllərlə bəzədilən Bakı indi çiçəksiz, solğun may ayını qarşılayır...
İnsan yaradılışından bir qayda olaraq, yalnız çiçəklərə baxarkən böyük zövq, yaxşı əhval-ruhiyyə və gözəlliklə təmasda olma hissi əldə edirdilər. Göründüyü kimi, pandemiya həm də bu hisslərimizi içimizdə əsir etməyi də bizə öyrətdi.
Həm də axı deyirlər çiçəklər təbiətin şeirləridir. İndi biz şeirsiz, ruhumuzu dinləndirən, hisslərimizi dilə gətirən sözlərsiz də qalmışıq. Təbiəti çiçəksiz, insanı isə poeziyasız təsvir etmək çox çətindir.
Bir də axı çiçəklər həm də oxuyur. Həmişə oxuyurlar. İnsanlar eşitməsə də ...
Axı, yer çiçəklərlə gülür...
Ümüdvarıq ki, tezliklə pandemiya çiləsi çəkilib sona varacaq, növbəti ildə Bakı öz “Gül bayramı”na yenidən qovuşacaq. Yer də, Göy də, insanlar da çiçək-çiçək, gül-gül gülümsəyəcəklər!
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:57 / 10.05.2021
Pandemiyanın aldıqları – “Gül bayramı”ndan xatirələr - FOTOLAR
Hazırda oxunan: Pandemiyanın aldıqları – “Gül bayramı”ndan xatirələr - FOTOLAR
Hazırda oxunan: Pandemiyanın aldıqları – “Gül bayramı”ndan xatirələr - FOTOLAR
20730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.