Qəzada ölən tanınmış iş adamı imiş - FOTO

Qəzada ölən tanınmış iş adamı imiş - FOTO

Hazırda oxunan: Qəzada ölən tanınmış iş adamı imiş - FOTO

207278

Xəbər verdiyimiz kimi, avqustun 17-də saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Mercedes”markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb. Hadisə nəticəsində sürücü Radim Heydərov xəsarət alıb, nəqliyyat vasitəsindəki sərnişin, 1980-ci il təvəllüdlü Xəlilov Bəhruz Niyaz oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Bizim.Media metbuat.az-a istinadən xəbər verir ki, vəfat edən Bəhruz Xəlilov Ağsuda tanınmış iş adamı olub. Onun sahibi olduğu biznesə Ağsu rayonunda "Zahid Store", "Elit Topdan Satış Mərkəzi" və Bakıda bir neçə ticarət mərkəzi daxil idi.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO