Məşğulluq Agentliyinin göndərdiyi şəxs işlə təmin olunmur - ŞİKAYƏT - VİDEO

Məşğulluq Agentliyinin göndərdiyi şəxs işlə təmin olunmur - ŞİKAYƏT - VİDEO

Hazırda oxunan: Məşğulluq Agentliyinin göndərdiyi şəxs işlə təmin olunmur - ŞİKAYƏT - VİDEO

207269

Dövlət Məşğulluq Agentliyinin iş üçün göndəriş verdiyi şəxsə iş verilmir.

Bizim.Media xəbər verir ki, Xəzər televiziyasına müraciət edən Ucar sakini Yaşar Cavadov deyir ki, 20 ilə yaxın dövlət qulluqçusu kimi çalışıb. 2021-ci ildən işsiz kimi dövlət məşğulluq agentliyində qeydiyyata düşüb. İş stajına uyğun ona direktor müavini vəzifəsi təklif olunub. Təklifi qəbul edib, amma göndəriş verilən yerdə işə götürülməyib.

Yaşar Cavadov Dövlət Məşğulluq Agentliyinə təkrar müraciət edib. Bu dəfə isə ona Azəriqaz istehsalat birliyinin yerli idarəsində iş təklif olunub.

Məsələ ilə bağlı Dövlət məşğulluq agentliyindən bildirilib ki, Yaşar Cavadov işsiz kimi qeydiyyata alınıb və məşğulluq imkanları qiymətləndirilərək ona fərdi məşğullq proqramı tərtib olunub.

Agentlikdən o da qeyd olunub ki, Yaşar Cavadovun işlə təmin olunması yerli regional məşğulluq filialının əməkdaşları tərəfindən diqqətdə saxlanılır. Uyğun vakansiya olduqda vətəndaş yönləndiriləcək.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO