Sərhədyanı bölgələrdə əhali ilə sərhədçilərin sıx əlaqəsi var - VİDEO

Sərhədyanı bölgələrdə əhali ilə sərhədçilərin sıx əlaqəsi var - VİDEO

Hazırda oxunan: Sərhədyanı bölgələrdə əhali ilə sərhədçilərin sıx əlaqəsi var - VİDEO

207189

Azərbaycanın Dövlət Sərhəd Mühafizəsinin yaranmasının 105-ci ildönümü günündə sərhədçilərin yerli əhali ilə əlaqələrinə toxunmaq istəyirəm. Öz müşahidələrim və yerli əhalinin məlumatı əsasında avqust ayının 2-də uçmuş Ləzə körpüsünün müvəqqəti bərpasından yazıram.

Qusarın dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən Ləzə kəndindəki körpü uçandan sonra çətinlik yaranmışdı. Həm Ləzə sərhəd zastavasına, həm yerli əhalinin ot sahələrinə, həm də Sudur kəndi istiqamətinə gedən nəqliyyat yolu bağlanmışdı. Çətin şəraitə alışan dağ sərhədçilərinin xidmətində, fəaliyyətində və təminatında hər hansı problem yaşanmasa da körpünün dağılması yerli əhaliyə çətinlik yaradırdı.

Ləzə kənd sakinlərinin Bizim.Media-ya verdiyi məlumata görə, Ləzə sərhəd zastavasında xidmət edən sərhədçilərlə yerli sakinlərin birgə köməyi sayəsində körpü müvəqqəti bərpa edilib. Hazırda yüngül nəqliyyat vasitələri körpünün üzərindən rahat hərəkət edir.

Ölkənin şimalında yerli camaatla sərhədçilərin belə çıx əlaqəsi həmişə olub.

Bir faktı da xatırladaq ki, 2016-ci ilin 1 avqustunda Xınalıq kəndində güclü yağışdan sonra gələn sel yolu bağlamışdı.

İri daşların yoldan götürülməsində Xınalıqdakı zastavanın əməkdaşları köməklik eləmişdi.

Belə faktlar çoxdur. İndi təkcə şimal bölgəsində deyil, bütün sərhədyanı bölgələrdə əhali ilə sərhədçilərin sıx əlaqəsi var. Bu ənənə DSX rəisi, general-polkovnik Elçin Quliyevin Xudat səhəd dəstəsinin rəisi işlədiyi illərdən qoyulub və bu gün də davam edir.

18 avqust - Sərhədçilərin peşə günü ilə əlaqədar bütün sərhədçilərimizi təbrik edirik.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO