Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO

Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO

Hazırda oxunan: Şuşa-Laçın yolundakı bulağın ətrafında yaranmış zibilliyin AQİBƏTİ - FOTO/VİDEO

207124

Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyət aradan qaldırılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmətin əməkdaşlarının və “Təmiz şəhər” ASC-nin işçilərinin köməyi ilə sahələrin tullantılardan təmizlənməsi təşkil olunub, toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb.

Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb.

Əhalinin diqqətinə çatdırılıb ki, ictimai yerlərə, yol kənarlarına, təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır.

“Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq”, - Xidmət vətəndaşlara müraciətində bildirib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO