Xaçmazda bıçaqlanaraq qətlə yetirilən məktəbli və atası Bakıda yaşayırmış – TƏFƏRRÜAT/VİDEO

Xaçmazda bıçaqlanaraq qətlə yetirilən məktəbli və atası Bakıda yaşayırmış – TƏFƏRRÜAT/VİDEO

Hazırda oxunan: Xaçmazda bıçaqlanaraq qətlə yetirilən məktəbli və atası Bakıda yaşayırmış – TƏFƏRRÜAT/VİDEO

207073

Bu gecə Xaçmazın Nabran İnzibati Ərazi Dairəsinə daxil olan Tel kəndində baş verən qətldə dünyasını dəyişən 2009-cu il təvəllüdlü yeniyetmə Bakı məktəblisi olub. Mərhum məktəbli Bakının Yasamal rayonundakı 53 saylı tam orta məktəbin şagirdi olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qətl hadisəsini törədən 34 yaşlı Bakı şəhər sakini Səhram Manafzadə hər il yay aylarında qayınatası burada yaşadığına görə Tel kəndinə gəlib burada dincəlirmiş. Onun mübahisə etdiyi şəxs - Nurlan Məmmədrəhimov rayonun Köhnə Xudat kəndindən olsa da, Bakıda yaşayırmış.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazdakı qətlin YENİ DETALLARI


Zərərçəkənlə hadisəni törədən şəxs arasında bir müddətdir mübahisə olub. Ötən gün gecə saatlarında Səhram Manafzadə ilə Nurlan Məmmədrəhimov arasında telefon danışığı olub. Telefon danışığında Səhram Manafzadə Nurlan Məmmədrəhimovu Tel kəndinə çağırıb. Məlum qətl hadisəsi də onların mübahisəsi zamanı baş verib. Hadisə zamanı hər iki şəxs sərxoş olub. Atasının Səhram Manafzadə ilə davasını görən məktəbli avtomobildən düşərək onları ayırmaq istəyib. Bu zaman atanı bıçaqlayan Səhram Manafzadə onun oğluna da ürək nahiyəsindən bir bıçaq zərbəsi endirib. Məktəbli dərhal keçinib. Ata - Nurlan Məmmədrəhimov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törədən Səhram Manafzadə hadisə yerindən yayınsa da, Xaçmaz polisi onu Nabranda yaxalayıb istintaqa təhvil verib.

Faktı Xaçmaz rayon prokurorluğu araşdırır. Faktla bağlı cinayət işi açılıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO