MİQ: Müsahibə mərhələsinin üçüncü günündə 780 nəfər iştirak edib - FOTO

MİQ: Müsahibə mərhələsinin üçüncü günündə 780 nəfər iştirak edib - FOTO

Hazırda oxunan: MİQ: Müsahibə mərhələsinin üçüncü günündə 780 nəfər iştirak edib - FOTO

207018

Avqustun 16-da müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) müsahibə mərhələsində ibtidai sinif, kimya, alman dili, riyaziyyat, musiqi, rus dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrə Naxçıvan Muxtar Respublikası üzrə 49 nəfər olmaqla, ümumilikdə 971 nəfər dəvət olunub. Onlardan 780 nəfəri müsahibə mərhələsində iştirak edib.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO