Fariz İsmayılzadə Lənkəranda seçicilərlə görüşlərinə DAVAM EDİR – FOTO

Fariz İsmayılzadə Lənkəranda seçicilərlə görüşlərinə DAVAM EDİR – FOTO

Hazırda oxunan: Fariz İsmayılzadə Lənkəranda seçicilərlə görüşlərinə DAVAM EDİR – FOTO

206976

Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd olan Fariz İsmayılzadə Lənkəran rayonunda seçicilərlə görüşüb. 

Bizim.Media xəbər verir ki, bitərəf namizəd olan Fariz İsmayılzadə əvvəlcə Lənkəran rayonunun Xanbulan kəndinin sakinləri ilə görüşüb.  

O, seçicilərlə fikir mübadiləsi aparıb, gələcək planları barədə seçicilərə geniş məlumat verib. 

Daha sonra Fariz İsmayılzadə Lənkəranın gəncləri ilə baş tutub. Tədbirdə Fariz İsmayılzadə gənclərə fəaliyyəti barədə məlumat verib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. 


Qeyd edək ki, Fariz İsmayılzadə 2000-2002-ci illərdə ABŞ-ın dünyaca tanınmış Vaşinqton Universitetində magistr təhsili alıb. 

O, daha sonra 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində Qlobal Menecment ixtisası üzrə magistr təhsilini alıb. Hollandiyanın nüfuzlu Maastrix Menecment Məktəbinin Beynəlxalq Biznes ixtisası üzrə doktorantıdır. 

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə, Fariz İsmayılzadə “Tərəqqi” medalı ilə, həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunub. 


O, 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib. 

Fariz İsmayılzadə son olaraq ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru vəzifəsində çalışıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO