Sumqayıtda mənzildə partlayışla bağlı YENİ TƏFƏRRÜAT

Sumqayıtda mənzildə partlayışla bağlı YENİ TƏFƏRRÜAT

Hazırda oxunan: Sumqayıtda mənzildə partlayışla bağlı YENİ TƏFƏRRÜAT

206930

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binansının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda qumbara partladı – ÖLƏN VAR - YENİLƏNİB


Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. 

Partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib. 

Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. 

Mənzildə yanğın hadisəsi qeydə alınmayıb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO