Ötən gün Cəlilabadın Moranlı kəndində iki kənd sakinin quyuya düşərək boğulmasının təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbə4r verir ki, ata - 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu 15 metrlik həyətyani su quyusuna düşən qızı 2004-cü il təvəllüdlü Məmmədova Nəsibəni oradan xilas etmək istəyərkən özü də quyuya düşərək boğulub.
Evdə heç kim olmadığından qızın quyuya düşməsindən dərhal xəbər tutmaq mümkün olmayıb. Qonşu kəndə qonaq gedən ata evə gəldikdə qızını axtarıb. Sonra isə qızının ayaqqabılarını quyu önündə görüb.
Kənd sakinlərinin məlumatına görə, qız həmişə quyudan ip vasitəsi ilə su çəkirmiş. Qızının quyuya düşdüyünü dəqiqləşdirən ata dərhal su şlanqı ilə quyuya düşməyə çalışıb. Şlanq qırıldığından o, da quyunun dibinə yuvarlanıb.
Bildirilib ki, evin xanımı müalicə məqsədilə Bakı şəhərinə gəldiyindən həyat yoldaşının və qızının quyuya düşməsindən dərhal xəbər tutulmayıb.
Dünyasını dəyişən Nəsibə Məmmədova nişanlı imiş və ailələr payızda toy etməyi planlayıbmış.
Kənd sakinləri tərəfindən mehriban və müsbət xarakterizə edilən Məmmədovlar ailəsinin başçısı Təvəkkül günəmuzd işlərdə çalışırmış.
Qeyd edək ki, ailədə biri qız, biri oğlan olmaqla, iki övlad böyüyürmüş.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:05 / 15.08.2024
Cəlilabadda ata və qızın faciəli ölümünün TƏFƏRRÜATLARI - FOTO
Hazırda oxunan: Cəlilabadda ata və qızın faciəli ölümünün TƏFƏRRÜATLARI - FOTO
Hazırda oxunan: Cəlilabadda ata və qızın faciəli ölümünün TƏFƏRRÜATLARI - FOTO
206842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.