"AzParking" tətbiqində xəbərdarlıq funksiyası niyə ləğv edilib? - RƏSMİ AÇIQLAMA/VİDEO

"AzParking" tətbiqində xəbərdarlıq funksiyası niyə ləğv edilib? - RƏSMİ AÇIQLAMA/VİDEO

Hazırda oxunan: "AzParking" tətbiqində xəbərdarlıq funksiyası niyə ləğv edilib? - RƏSMİ AÇIQLAMA/VİDEO

206832

Bakıda sürücü "AzParking" tətbiqindən şikayət edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Sürücü bildirib ki, tətbiqin əvvəlki variantında avtomobil parklanma ərazisində bir saatdan çox qalanda 50-ci dəqiqədə vaxtın bitəcəyi ilə bağlı bildiriş gəlirdi, indi isə AYNA o funksiyanı ləğv edib:

"Nəticədə parkinq ərazisindən ödənişi edib çıxdıqda belə, əgər tətbiqdə getdiyini təsdiq etməyi unutsan, yenə də cərimə yazılır".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) oxu.az-a bildirilib ki, artıq bir ildir ki, parklanma yerləri yeni qaydalar əsasında idarə olunur:

"Bu qaydalar parklanma sahəsində nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və SMS vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir.

Parklanmaya görə ödənişin həyata keçirilməsi qaydalarına əsasən, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal vaxtı açmalı və avtomobil məntəqəni tərk etdikdə sonlandırmalıdır. Bu prosesin düzgün reallaşdırılmamasına görə məsuliyyət bilavasitə sürücünün üzərindədir.

Parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması mütləq və məcburi deyil. Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirilməsi qaydalarını əks etdirən məlumat lövhələri quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiyaya uyğun olaraq, parklanma prosesini reallaşdıra bilərlər".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO