Kamil Zeynallıdan Razi Nurullayevin hərəkətlərinə reaksiya: “Yataqda idman etməzlər”

Kamil Zeynallıdan Razi Nurullayevin hərəkətlərinə reaksiya: “Yataqda idman etməzlər”

Hazırda oxunan: Kamil Zeynallıdan Razi Nurullayevin hərəkətlərinə reaksiya: “Yataqda idman etməzlər”

206816

"Razi Nurullayevin etdiyi idman hərəkətləri ev şəraitində, məşqə gələ bilməyənlər üçün yaxşı hərəkətlərdir. Qarın, ayaq əzələləri, qarın ətrafı nayihələr üçün lazımlı hərəkətlərdir".

Bizim.Media xəbər verir ki, bu sözləri Demokrat.az-a millət vəkili Razi Nurullayevin sosial şəbəkələrdə yayılan idman hərəkətlərinə reaksiya verən tanınmış idman məşqçisi Kamil Zeynallı deyib.

O bildirib ki, Razi Nurullayev cəmiyyətə nümunəvi bir millət vəkilidir:

“Millət vəkilinin gördüyü işlər bəzən xalqa, cəmiyyətə maraqlı olur. Yadınıza gəlirsə, Razi müəllimin mətbəxdə nələrsə hazırlaması xalqın böyük marağına səbəb olmuşdu. Bəziləri lağa qoysalar da, əsas odur ki, bu çox maraqlı idi. Bəzən insanların əli nəyəsə çatmayanda həmin şəxsi məsxərəyə qoyurlar. İdman hərəktlərinə gəlincə, etdiyi bütün hərəkətlər doğrudur. Amma bir əmması var ki, bunu gərək yataqda etməzdi. Razi Nurullayev  cəmiyyət arasında nümunəvi bir insandır. Etdiyi hərəkətlər xoş qarşılanır. Amma bir işi elə görməlidir ki, əmması olmasın. Yatdığı çarpayıda idman hərəkətləri göstərmək düzgün deyil.  Onu xalçanın üzərində göstərsəydi daha yaxşı olardı. Yəni mən bunun bir məşqçi olaraq xırda nüanslarını xatırladıram. Ümumiyyətlə insan yatdığı çarpayını heç kimə göstərməli deyil. Yenə də  Razi müəllimə uğurlar arzulayıram. O bizim sevilən, sayılıb-seçilən, çox zamanda şəhid ailələrinin, qazilərin yanında olan bir millət vəkilidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO