Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Hazırda oxunan: Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

206768

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.  

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 25-29° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-19° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO