Zaqatalada yolunu keçən piyadanı avtomobil vuraraq öldürdü - FOTO

Zaqatalada yolunu keçən piyadanı avtomobil vuraraq öldürdü - FOTO

Hazırda oxunan: Zaqatalada yolunu keçən piyadanı avtomobil vuraraq öldürdü - FOTO

206748

Zaqatala şəhər sakini 35 yaşlı Cavid Dibirov idarə etdiyi “VAZ 2103” markalı minik avtomobili ilə hərəkətdə olarkən küçənin tinindən yolu keçmək istəyən Yuxarı Tala kəndinin 69 yaşlı sakini Əli Əliyevi vurub.   

Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən bildirir ki, hadisə dünən axşam saat 21 radələrində Zaqatala şəhərinin Eldar Ağayev küçəsində qeydə alınıb.  

Sürücü xəsarət yetirdiyi şəxsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. 

Xəstəxanada Əli Əliyevin müalicəsinı başlanılıb, lakin o, bir neçə saat sonra xəstəxanada ölüb.

Qəzanın baş verməsinin ilkin səbəblərindən biri kimi küçənin işıqlandırılmaması göstərilir.

Qəzanın təfərrüatı Zaqatala rayon polis şöbəsində araşdırılır. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO