Leyla Əliyeva baxımsız qalmış fayton atı ilə bağlı tapşırıq verdi - FOTO

Leyla Əliyeva baxımsız qalmış fayton atı ilə bağlı tapşırıq verdi - FOTO

Hazırda oxunan: Leyla Əliyeva baxımsız qalmış fayton atı ilə bağlı tapşırıq verdi - FOTO

206671

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın göstərişi ilə baxımsız halda qalmış və ayaqları zədələnmiş fayton atı müvafiq qayğı tədbirləri üçün reabilitasiyaya cəlb olunub.

Bu barədə Bizim.Media-ya IDEA İctimai Birliyindən bildirilib.

Məlumata görə, at xüsusi nəqliyyat vasitəsi ilə IDEA Heyvanlara Qayğı Mərkəzinə gətirilib, burada ilkin baytarlıq müayinəsindən keçirilib və təyin olunmuş müalicəsinə başlanılıb.

Hal-hazırda atın həyatına hər hansı təhlükə yoxdur. Mərkəzdə baxımsız qalmış atın tam sağalması üçün zəruri baytarlıq tədbirləri davam etdiriləcəkdir.

Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Qız qalası yaxınlığından Azneft meydanı istiqamətində turist daşımaq üçün istifadə edilən fayton atının baxımsız qalması ilə bağlı məlumatlar yayılmışdı.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO