Reketçilikdə təqsirləndirilən baş redaktor Habil Vəliyevin məhkəməsi başladı

Reketçilikdə təqsirləndirilən baş redaktor Habil Vəliyevin məhkəməsi başladı

Hazırda oxunan: Reketçilikdə təqsirləndirilən baş redaktor Habil Vəliyevin məhkəməsi başladı

206429

"Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 27-ə təyin edilib.

İttihama görə, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, H.Vəliyev 5 il əvvəl şantaja görə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO