Bakıda bu gün 35 dərəcə isti olacaq

Bakıda bu gün 35 dərəcə isti olacaq

Hazırda oxunan: Bakıda bu gün 35 dərəcə isti olacaq

206388

Bu gün ölkəmizdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bakıda və Abşeronda gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.

Bizim.Media xəbər verir ki, respublikanın bölgələrində dağlıq və dağətəyi rayonlarında yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək.

Bölgələrdə gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti proqnozlaşdırılır.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26° isti, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO