Daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq

Daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq

Hazırda oxunan: Daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq

206293

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.  
 

Belə ki, 13 avqust saat 06:00-dan 16 avqust saat 19:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 


“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO