Şəki qəzasında ölənlər bir ailənin üzvləridir - FOTO

Şəki qəzasında ölənlər bir ailənin üzvləridir - FOTO

Hazırda oxunan: Şəki qəzasında ölənlər bir ailənin üzvləridir - FOTO

206181

Şəkidə baş verən qəzada baş verən ağır ölənlər bir ailənin üzvləri, yaralananlar isə yaxın qohumlardır. Belə ki, Zaqatala sakinləri Mingəçevir şəhərindən geriyə evlərinə dönərkən qəza qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində olub.

Zaqatala rayonu Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi “Opel” markalı minik avtomobili Həsən Məhəmmədovun idarə etdiyi “Man” markalı yük maşınına çırpılıb. Nəticədə iki nəfər hadisə yerində ölüb, daha üç nəfər isə xəsarət alıb.

İlkin məlumatlara görə, hadisə nəqliyyat vasitələrindən birinin ötmə zamanı yol hərəkət qaydalarını pozması nəticəsində baş verib.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və bir qadın sərnişin hadisə yerində həyatını itiriblər.

Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit FHN-in Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib.

Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə edilib. Müalicələrə cəlb olunublar.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO