Zərdabdakı dəhşətli qəzada 10 nəfərin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Zərdabdakı dəhşətli qəzada 10 nəfərin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Zərdabdakı dəhşətli qəzada 10 nəfərin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

206016

Ötən gecə Zərdabda baş verən ağır qəza ilə bağlı rəsmi açıqlama verilib. 

Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 9 avqust 2024-cü ildə, axşam saat 22:00 radələrində Zərdab-Mollakənd yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobildə 10 nəfər olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Zərdabda DƏHŞƏTLİ QƏZA – 3 uşaq öldü - VİDEO


Qəza nəticəsində 2011-ci il və 2000-ci il təvəllüdlü şəxs (qadın cinsli) hadisə yerində vəfat ediblər. 

Yaralılar Zərdab Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib. Daha sonra onlardan 6 nəfər Ağcəbədi Rayon Mərkəzi xəstəxanasının Tramatalogiya şöbəsinə, 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub. Yaralılardan 2021-ci il təvəllüdlü şəxs (qadın cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasını Reanimasiya şöbəsinə yerləşdirilsə də, tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Qeyd edək ki qəzada ölən və və xəsarət alan şəxslərin hamısı  qohumlar olublar.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO