Hansı abituriyentlər Türkiyə-Azərbaycan Universitetinə qəbul ola BİLƏCƏK?

Hansı abituriyentlər Türkiyə-Azərbaycan Universitetinə qəbul ola BİLƏCƏK?

Hazırda oxunan: Hansı abituriyentlər Türkiyə-Azərbaycan Universitetinə qəbul ola BİLƏCƏK?

206009

Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasını ümumi balı 500-dən, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarını isə ümumi balı 450-dən az olmayan abituriyentlər seçə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərtac”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetində tədris ingilis dilində olmaqla Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Ali təhsil müəssisəsinə ixtisas seçimi avqustun 9-dan başlanıb və 19-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO