Külək güclənəcək, yağış yağacaq – PROQNOZ

Külək güclənəcək, yağış yağacaq – PROQNOZ

Hazırda oxunan: Külək güclənəcək, yağış yağacaq – PROQNOZ

205986

Avqustun 11-i Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Paytaxtda havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO